Əsas Səhifə > Cəmiyyət > MİT PKK-da məsul şəxsi zərərsizləşdirdi - FOTO

MİT PKK-da məsul şəxsi zərərsizləşdirdi - FOTO


3-03-2023, 15:01


Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında Sincarda keçirdiyi əməliyyatla PKK/KCK-nın məsul şəxsi Saad Ali Bedel zərərsizləşdirilib.

O, Türkiyə Silahlı Qüvvələrinin bazalarına qarşı təşkil edilən əməliyyatlara qatılıb və təşkilatın silahlı qruplaşmalara qarşı təşkil etdiyi fəaliyyətlərə rəhbərlik edib.

Ceko Pir ləqəbli terrorçunun Mosuldakı Başika bazası ərazisinə qarşı yeni əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatları əsasında tədbir görülüb.



Mənbə: Anadolu

Şəffaflıq.az


Geri qayıt