Əsas Səhifə > Cəmiyyət > AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir
AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir3-03-2023, 14:32 |
“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti mart ayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb. Aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək. “Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək. Mahaçqala Xəzər dənizinin sahilində yerləşən, mədəni və tarixi əhəmiyyəti ilə səyahətçiləri cəlb edən bir şəhərdir. “Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Şəffaflıq.az Geri qayıt |