Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda toyda zəhərlənən 21 şəxsin son durumu açıqlandı - YENİLƏNİB
Azərbaycanda toyda zəhərlənən 21 şəxsin son durumu açıqlandı - YENİLƏNİB2-03-2023, 16:56 |
“Zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Xəstəxanasına yerləşdirilmiş 21 nəfərin hər birinə zəruri tibbi xidmət göstərilib”. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onların vəziyyətləri qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıblar. Beyləqan rayonunda kütləvi zəhərlənmə olub. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 28-də Beyləqan şəhərində yerləşən şadlıq evində baş verib. Toyda iştirak edən 21 nəfər martın 1-i səhər saatlarında xəstəxanaya müraciət edib. Onların mərasimdə təqdim edilən paytaxt salatından zəhərləndikləri məlum olub. Xəstəxanaya müraciət etmiş şəxslərin siyahısı: 1964-cü il təvəllüdlü Q.Əliyev 1992-ci il təvəllüdlü Ə.Gözəlova 2008-ci il təvəllüdlü F.Məmmədova 1986-cı il təvəllüdlü Ç.Əhədova 1997-ci il təvəllüdlü Z.Abdullayeva 1979-cu il təvəllüdlü V.Sahabova 1965-ci il təvəllüdlü R.Nəcəfov 1991-ci il təvəllüdlü N.Nəcəfov 1999-cu il təvəllüdlü X.Nəcəfov 2001-ci il təvəllüdlü E.Nəcəfova 1972-ci il təvəllüdlü G.Nəcəfova 1959-cu il təvəllüdlü R.Nəcəfova 1969-cu il təvəllüdlü F.Nəcəfova 1981-ci il təvəllüdlü A.Nəcəfov 1986-cı il təvəllüdlü G.Nəcəfova 1994-cü il təvəllüdlü K.Nəcəfova 2000-ci il təvəllüdlü S.Nəcəfov 2009-cu il təvəllüdlü N.Nəcəfova 1990-cı il təvəllüdlü X.Tağıyeva. 2012-ci il təvəllüdlü İ.Tağıyeva və 2018-ci il təvəllüdlü D.Tağıyeva xəstəxanaya müraciət etdikdən sonra onlara tibbi yardım göstərilib. Həmin şəxslər daha sonra evə buraxılıblar. Zəhərlənən şəxslər eyni ailənin üzvləri və yaxın qohumlar olublar. Könül Cəfərli Geri qayıt |