Əsas Səhifə > Cəmiyyət > Bütün günahların kökündə bu 3 qüvvə dayanır

Bütün günahların kökündə bu 3 qüvvə dayanır


9-10-2019, 00:02

 İnsanın nəfsani qüvvəsi vardır ki, kiçik bir qəflət və diqqətsizlik onu məhv edər və yolundan azdırar. Onu Allaha gedən yoldan saxlayar.
Ona görə də deyə bilərik ki, hər bir möminin düşməni - qəflətdir. Fərqi yoxdur ki, kiçik qəflət etmişdir, yoxsa böyük. Məsələ burasındadır ki, qəflət və diqqətsizlik insan nəfsini şeytanı istəklər tərəfə meyil etdirər və suluk yolundan ayırar.
Şəffaflıq.az deyerler.org-a istinadən bildirir ki, hər kim nəfsinin cilovunu əlində saxlayar, o, qəflət etməz. Hər kim bunu bacararsa, şübhəsiz ki, həqiqi möminlərdən olar. Çünki bu şəxs nəfsani istəklərini kənara qoyub, İlahi razılığı əldə etmək ardınca olar.
Allah insana dörd xüsusi qüvvə vermişdir:
1. Şəhvət.
2. Qəzəb.
3. Şeytani vahimə.
4. Əqli mələkə.
Əgər üç qüvvə ağla tabe olarsa, o zaman insan nəfsinə hakim olar və onu ram edər. Bu yolda Allah ibadəti onun yardımçısı olar.Bu üç sifət ki, şəhvətdən, qəzəb və vahimədən ibarətdir - insanı başqaları ilə dalaşmağa və mübahisə etməyə vadar edər.
Bəşərin etdiyi bütün günahların kökündə bu 3 qüvvə dayanır.
Ancaq o kəs ki, Allah yolçusu olar, bu üç sifətdə nə təfrit edər, nə də ifrat. Başqa sözlə desək, belə insan bu üç heyvani qüvvəni balansda saxlayar və onların sərhədlərinə qarşı diqqətcil olar.
Təqva əhli bu üç qüvvəni yaxşı tanıyır və onları ağlının gücü ilə həddində saxlayır. Ancaq bu yolla bu üç heyvani qüvvəni zəiflətmək olar və insana İlahi güc verər. Hər kim Allaha bir addım atarsa, Allah ona doğru iki addım atar.
Hər kim heyvani həyatda deyil, təyyibə həyatda yaşamaq istəyirsə - qəflət etməməlidir.
Geri qayıt