Meksikanın Oaxaka bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
EMSC-nin məlumatına görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat verilmir.
Mənbə: Reuters
Şəffaflıq.az