Əsas Səhifə > Siyasət > BAEA-nın baş direktoru Azərbaycana gəlib - FOTO

BAEA-nın baş direktoru Azərbaycana gəlib - FOTO


2-03-2023, 11:24


Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin baş direktoru Rafael Qrossi Azərbaycandadır.

O, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir.

Rafael Qrossi özünün “Twitter” səhifəsindən iclasla əlaqədar paylaşım edib.

O vurğulayıb ki, Qoşulmama Hərəkatı pandemiyanın ən qızğın vaxtında fəaliyyətini düzgün istiqamətdə qurub, digər ölkələrə yardım prosesində yaxından iştirak edib.

 Şəffaflıq.az


Geri qayıt