Əsas Səhifə > XARİCİ XƏBƏR > Gürcüstanda zəlzələ baş verib
Gürcüstanda zəlzələ baş verib1-03-2023, 16:06 |
Gürcüstanda 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı Tbilisidən 62 km məsafədə - Dmanisi şəhərində yerləşib. Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tbilisinin bəzi rayonlarında hiss olunub. Gürcüstanda sonuncu dəfə fevralın 21-də Ozurqeti şəhərində 3 bal gücündə zəlzələ qeydə alınıb. Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Mənbə: Sputnik Gürcüstan Şəffaflıq.az Geri qayıt |