Əsas Səhifə > Cəmiyyət > “Azərişıq” sədrindən federasiyanın vitse-prezidenti ilə bağlı ƏMR

“Azərişıq” sədrindən federasiyanın vitse-prezidenti ilə bağlı ƏMR


28-02-2023, 16:27


“Azərişıq” ASC-də kadr dəyişikliyi olub. 

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov vəzifəsindən azad edilərək sədrin müşaviri təyin edilib. 

Digər bir əmr ilə isə “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov isə qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əmirov eyni zamanda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidentidir.

Könül Cəfərli


Geri qayıt