Əsas Səhifə > XARİCİ XƏBƏR > Tacikistanda qar uçqunu olub, ölənlər var

Tacikistanda qar uçqunu olub, ölənlər var


26-02-2023, 23:02


Tacikistanda Suqd rayonuna gedən Düşənbə-Çanak magistralında qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “Innovative Road Solutions” (IRS) tollinq şirkətinin yola qulluq göstərən Tacikistandakı filialı məlumat verib.

“Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şəhristan aşırımı) “Muso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayonunun xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilib.


Geri qayıt