Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya MN: “50-yə yaxın əcnəbi vətəndaş Qarabağdan çıxarılıb”
Rusiya MN: “50-yə yaxın əcnəbi vətəndaş Qarabağdan çıxarılıb”26-02-2023, 21:42 |
Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları altısı uşaq olmaqla, 49 əcnəbi vətəndaşın Qarabağdan Ermənistan ərazisinə keçidini təmin ediblər. Bu barədə bazar günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı (o cümlədən 6 uşağı) Qarabağ ərazisindən Ermənistan Respublikasına təxliyə edib”, - məlumatda deyilir. Müdafiə Nazirliyi ötən sutka ərzində atəşkəs rejiminin pozulmadığını qeyd edib. Nazirlik onu da aydınlaşdırıb ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı fəaliyyəti davam etdirir. Mənbə: TASS Şəffaflıq.az Geri qayıt |