Əsas Səhifə > Cəmiyyət > Professor Şenay: “Ermənistan Xocalı faciəsini tanımalıdır”

Professor Şenay: “Ermənistan Xocalı faciəsini tanımalıdır”


26-02-2023, 14:38


“Münaqişədən sonrakı reallıqlar kontekstində Ermənistan Xocalı faciəsini tanımalıdır”.

Şəffaflıq.az  xəbər verir ki, bunu Türkiyənin Uludağ Universitetinin din və mədəniyyət tarixi kafedrasının professoru Bülənt Şenai İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İAM) təşkilatçılığı ilə “Sülh və keçid dövrü ədaləti” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, sülh üç yolla əldə edilə bilər: diplomatiya, iqtisadiyyat və mədəniyyət:

“Ədalət sülhün və harmoniyanın bərqərar olmasına gətirib çıxarır. Ədalət yalnız bir hadisəyə və ya obyektə şamil edilə bilən bir şey deyil, ədalət hamı üçün birdir. Dünən Ağdamda etdiyimiz kimi ədalətdən, sülhdən danışmaq, ona çağırış etmək bizim missiyamızdır”.

Nizami Gəncəvidən sitat gətirən professor qeyd edib ki, onun yaradıcılığının əsasını ədalət anlayışı təşkil edir:

“Ona görə də biz bu fikri əsas götürməliyik: ədalət sülhə aparır, gələcəkdə bu dəyəri gələcək nəslə xüsusilə aydın şəkildə çatdırmaq lazımdır ki, belə faciələr təkrarlanmasın. Münaqişədən sonrakı reallıqlar kontekstində Ermənistan Xocalı faciəsini tanımalıdır”.


Geri qayıt