Əsas Səhifə > Cəmiyyət > BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm” - FOTO

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm” - FOTO


26-02-2023, 13:40


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

O, bu barədə şəxsi “Twitter” hesabında qeyd edib:

“1992-ci ilin fevralındakı Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, dialoq və barışıq yolu ilə davamlı sülh və firavanlıq qurmaqla, belə hadisələrin heç vaxt təkrarlanmamasını təmin etməliyik. Faciə qurbanlarının yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Şəffaflıq.az


Geri qayıt