Əsas Səhifə > Cəmiyyət > “Park Bulvar”da Türkiyənin SUWEN brendinin mağazası açılıb - FOTO

“Park Bulvar”da Türkiyənin SUWEN brendinin mağazası açılıb - FOTO


25-02-2023, 14:16


“Park Bulvar” ticarət-əyləncə mərkəzində Türkiyənin qadın alt paltarı və ev geyimləri brendi olan SUWEN-in mağazasının açılışı olub.

SUWEN brendinin kolleksiyaları öz sahəsinin ən son trendlərinə cavab verir və daim yenilənir. Bura qadın alt paltarları, pijamalar, xalatlar və s. daxildir. Xüsusilə qeyd edək ki, brend bütün yaşlarda olan xanımlar üçün geniş çeşiddə məhsullar təqdim edir.

Brendin məhsulları gözəllik, dəb, rahatlıq və komfortu, həmçinin münasib qiymətə ən yüksək keyfiyyəti təcəssüm etdirir. SUWEN rəngarənglik və qeyri-adi unikal printlər deməkdir. Geniş çeşidli modellərimiz arasında məhz Sizə uyğun olan modeli tapacağınıza əmin ola bilərsiniz. 

Bundan başqa, mağazanın açılışı münasibətilə xüsusi “3 al, 2 ödə” aksiyası elan etmişik. Belə ki, bir qəbzlə əldə etdiyiniz hər üç məhsuldan (aksiya bralara və alt paltarlarına şamil edilir) biri bizdən sizə hədiyyə olunacaq.

“Park Bulvar”da yerləşən SUWEN mağazası haqqında Sizi maraqlandıran məlumatları +994502758405 nömrəsi ilə əlaqə saxlamaqla, yaxud “Instagram” sosial şəbəkəsindəki https://www.instagram.com/suwen_baku/ səhifəsinə yazmaqla əldə edə bilərsiniz.

Şəffaflıq.az 





Geri qayıt