Əsas Səhifə > İdman > Azərbaycan idmançısı BƏƏ-də medal qazandı - FOTO

Azərbaycan idmançısı BƏƏ-də medal qazandı - FOTO


25-02-2023, 12:39


Azərbaycanın gənc karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fucayra şəhərində keçirilən “Karate1 Youth League” turnirində ikinci yeri tutub.

Azərbaycan Karate Federasiyasının yaydığı məlumata görə, 76 kq çəki dərəcəsində çıxış edən idmançı yalnız finalda məğlub olaraq, gümüş medal əldə edib.

Daha əvvəl Nicat Kərimli (75 kq) də turniri ikinci yerdə başa vurub.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparırlar. Mötəbər yarışda  67 ölkədən 1 169 idmançı iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət yarışır.

Şəffaflıq.az





Geri qayıt