Əsas Səhifə > XARİCİ XƏBƏR > KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO25-02-2023, 12:02 |
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar. Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Forum çərçivəsində keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb. KOBİA sədri KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı biznes missiyalarının və digər birgə tədbirlərin təşkilinə, eləcə də Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib. Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasında hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər. Şəffaflıq.az Geri qayıt |