Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Ukraynaya dəstək üçün 10 milyard dollar ayırır

ABŞ Ukraynaya dəstək üçün 10 milyard dollar ayırır


25-02-2023, 10:56


Amerika Birləşmiş Ştatları Ukraynaya 10 milyard dollardan çox vəsait ayırmaq qərarına gəlib. Yardım Ukraynanın büdcəsini və enerji infrastrukturunu dəstəkləməyə yönələcək.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.

Məbləğin 9,9 milyard dolları Dünya Bankının xətti ilə ayrılacaq, onlar Kiyev hakimiyyətinə vətəndaşlarının, o cümlədən səhiyyə, təhsil və fövqəladə hallar sahəsində zəruri ehtiyaclarının təmini üçün nəzərdə tutulub.

Daha 250 milyon dollar isə Ukraynanın enerji infrastrukturunun dəstəklənməsinə, o cümlədən onu zəruri elektrik şəbəkəsi avadanlığı ilə təmin etməyə yönəldiləcək.

Xatırladaq ki, fevralın 24-də ABŞ-nin müdafiə naziri Lloyd Ostin Amerika Birləşmiş Ştatlarının 2022-ci ildə Ukraynaya hərbi yardım şəklində 32 milyard dollardan çox vəsait ayırdığını bildirib.

Mənbə: Korrespondent

Şəffaflıq.az


Geri qayıt