Əsas Səhifə > XARİCİ XƏBƏR > Meksikada avtobus qəzaya uğrayıb, 17 nəfər ölüb
Meksikada avtobus qəzaya uğrayıb, 17 nəfər ölüb21-02-2023, 00:01 |
Meksikanın mərkəzindəki Puebla ştatında avtobus qəzası nəticəsində ən azı 17 nəfər həlak olub. Avtobus Mərkəzi Amerika, Kolumbiya və Venesueladan olan 45 qeyri-qanuni miqrantı daşıyıb. Məlumata görə, bilavasitə avtomobil qəzasında 15 nəfər ölüb. Daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Hazırda mütəxəssislər 13 zərərçəkənə yardım göstərir, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumatlara görə, avtobus ABŞ-la sərhədi keçmək istəyib. Şəffaflıq.az Geri qayıt |