Əsas Səhifə > XARİCİ XƏBƏR > Hatayda daha bir zəlzələ oldu: Ölən və yaralananlar var
Hatayda daha bir zəlzələ oldu: Ölən və yaralananlar var20-02-2023, 23:34 |
Hatayda bu axşam baş verən 6.4 ballıq zəlzələ nəticəsində azı bir nəfər ölüb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. “Bizə Samandağ və Dəfnədə dağıntılar olduğu barədə məlumat verilib. Samandağda başına daşın düşməsi nəticəsində bir qadın həyatını itirib. Dəfnə rayonunda dağıntılar altında dörd nəfər qalıb. Onlardan biri çıxarılıb, digərlərinin xilasedilməsi üzrə işlər davam edir”, - deyə nazir bildirib. Hataydakı son zəlzələ zamanı 8 nəfər xəsarət alıb. Bu barədə Türkiyənin vitse-prezident Fuat Oktay məlumat verib. “28 bildiriş almışıq. Hər birini ayrı-ayrılıqda qiymətləndiririk. 8 yaralımız var”, - deyə o bildirib. Hatayda bu axşam baş vermiş zəlzələdə dağıntılar altında qalanların olduğu bildirlib. Bu barədə Hatay meri Lütfü Savaş məlumat verib. Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur. Bazar ertəsi Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların mənbəyi 16 km dərinlikdə olub. Şəffaflıq.az Geri qayıt |