Əsas Səhifə > Cəmiyyət > İnsanlara şəfa olacaq tikili məzar oldu: Çökən İskenderun xəstəxanasına 10 il əvvəl verilən hesabat aşkarlandı

İnsanlara şəfa olacaq tikili məzar oldu: Çökən İskenderun xəstəxanasına 10 il əvvəl verilən hesabat aşkarlandı


20-02-2023, 22:11


Kahramanmaraşda iki zəlzələ nəticəsində dağılan İskenderun Dövlət Xəstəxanasının 10 il əvvəl sökülməli olduğu üzə çıxıb.

Xəstəxananın sökülməsinin zəruriliyi ilə bağlı verilən hesabat ortaya çıxıb.

Hatayın İskenderun rayonundakı dövlət xəstəxanasının reanimasiya şöbəsinin yerləşdiyi 6 mərtəbəli A Bloku zəlzələ nəticəsində dağılıb. Xəstəxana 70 nəfərin məzarına çevrilib.

Məlum olub ki, 10 il əvvəl binanın istifadəyə yararsız olduğu ilə bağlı hesabat təqdim edilib. Lakin xəstəxana buna baxmayaraq, fəaliyyət göstərməyə davam edib.

Şəffaflıq.az


Geri qayıt