Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan Prezidenti: "Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir"
Azərbaycan Prezidenti: "Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir"18-02-2023, 22:58 |
Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir. Şəffaflıq.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib. Dövlət başçısı deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”. Geri qayıt |