Əsas Səhifə > HƏRBİ > Hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyəti davam edir
Hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyəti davam edir17-02-2023, 15:11 |
Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personalı, eyni zamanda xəsarət alan 223 nəfərə də ambulator yardım göstərib. Bu günə kimi ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər isə müayinə edilib və onlara ambulator yardım göstərilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Türkiyəyə ezam olunaraq qardaş ölkədə zəlzələdən xəsarət alanlara tibbi yardım göstərir. Şəffaflıq.az Geri qayıt |