Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldovada yeni hökumət təsdiqləndi

Moldovada yeni hökumət təsdiqləndi


16-02-2023, 22:48


Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Dorn Reçanın başçılıq etdiyi ölkənin yeni hökumətini təsdiqləyib.

Onun sələfi baş nazir Natalya Qavrilitsa fevralın 10-da istefa verdiyini açıqlayıb. Eks-baş nazirlə birlikdə bütün hökumət avtomatik olaraq istefaya yollanıb.

Deputatlar qarşısındakı çıxışında Reçan fəaliyyətindəki əsas prioritetləri qeyd edib. O, Moldovada sülh və sabitlik, iqtisadi inkişaf, Avropaya inteqrasiya, 2030-cu ilə qədər karbon neytrallığına nail olmağı başlıca hədəfləri adlandırıb.

Mənbə: rbc.ru

Şəffaflıq.az


Geri qayıt