Əsas Səhifə > Gündəm / ELM VƏ TƏHSİL > Təhsil naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu – VİDEO

Təhsil naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu – VİDEO


7-10-2019, 18:05
 Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən  pul yığması ilə bağlı iddianı araşdırıb.
Minval.info xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.
Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.
Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.

Geri qayıt