Əsas Səhifə > Cəmiyyət > Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə veriləcəyi müddət müəyyənləşib
Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə veriləcəyi müddət müəyyənləşib16-02-2023, 11:04 |
Milli arxiv fondu sənədləri müvəqqəti istifadəyə üç ay müddətinə veriləcək. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, milli arxiv fondu sənədlərinin əsilləri texniki-istehsalat və mədəni-kütləvi tədbirlə bağlı zərurət olduqda, müvəqqəti istifadə üçün arxiv sənədlərinin mülkiyyətçisinə, habelə əməliyyat-axtarış fəaliyyəti üçün məhkəmə, prokurorluq, təhqiqat və istintaq orqanlarına verilir. Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə verilməsi müvafiq qurumun rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin razılığı ilə həyata keçirilir və təhvil-qəbul aktı ilə rəsmiləşdirilir. Sənədlər müvəqqəti istifadəyə 3 (üç) ay müddətinə verilir. Bu müddət istifadəçi qurumun əsaslandırılmış müraciəti, habelə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin razılığı olduğu halda daha 3 (üç) ay uzadıla bilər. Geri qayıt |