Əsas Səhifə > XARİCİ XƏBƏR > Cahit Bağçı zəlzələdə valideynlərini itirən uşaqların əcnəbilərə övladlığa verilmə məsələsinə aydınlıq gətirdi
Cahit Bağçı zəlzələdə valideynlərini itirən uşaqların əcnəbilərə övladlığa verilmə məsələsinə aydınlıq gətirdi14-02-2023, 16:08 |
“Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində valideynlərini itirən uşaqların digər ölkələrdə yaşayan şəxslərə övladlığa verilməsi müzakirə mövzusu deyil”. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın göndərdiyi iki səhra xəstəxanası zəlzələ bölgəsində yerləşdirilib: “Ehtiyac olduğu təqdirdə yaralılar Azərbaycana köçürülə bilərlər”. Geri qayıt |