Əsas Səhifə > Cəmiyyət > İsmayıllı rayon İcra Hakimiyyəti Türkiyəyə humanitar yardım göndərib

İsmayıllı rayon İcra Hakimiyyəti Türkiyəyə humanitar yardım göndərib


14-02-2023, 13:38

İsmayıllı rayon İcra Hakimiyyəti Türkiyəyə humanitar yardım göndərib.

İsmayıllı rayon İcra Hakimiyyəti Türkiyəyə humanitar yardım göndərib

İsmayıllı rayon İcra Hakimiyyəti qardaş ölkə olan Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım göndərib. 

 İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun tapşırığına uyğun olaraq yolasalma mərasimində icra başçısının birinci müavini Mahmud Süleymanov  və Aparatın məsul əməkdaşları iştirak ediblər. 

 Humanitar yardım fevral ayının 13-ü axşam saatlarında Bakı şəhərindən qardaş ölkəyə yola salınıb. Qeyd edək ki, humanitar yardıma 20 çeşid müxtəlif qida və ərzaq məhsulları, zəruri olan istilik cihazları-generatorlar, isti geyimlər, yataq dəstləri daxildir. 


Aynur Şükürlü

Şəffaflıq.az


Geri qayıt