Əsas Səhifə > Hadisə > Azərbaycanda bacısını yatdığı yerdə öldürən qardaş hakim qarşısına çıxarılıb
Azərbaycanda bacısını yatdığı yerdə öldürən qardaş hakim qarşısına çıxarılıb14-02-2023, 12:37 |
Qaxda bacısını öldürən Jora Papiaşvilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, 2022-ci il noyabrın 4-də saat gecə saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Geri qayıt |