Əsas Səhifə > İdman > Bu günə qədər 500 min pensiya, müavinət, təqaüd təyinatı proaktiv qaydada aparılıb

Bu günə qədər 500 min pensiya, müavinət, təqaüd təyinatı proaktiv qaydada aparılıb


13-02-2023, 16:27


Bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən 71 min pensiya, 429 mini müavinət, təqaüd təyinatı olan 500 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Şəffaflıq.az xəbər verir ki, dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, bu əsasda əhaliyə çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının uğuru icrası üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 140-dan çoxu elektronlaşdırılıb. Yəni nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir.

Sosial sahədə mühüm innovativ uğurlardan biri kimi, 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb.

Bundan başqa, pensiya sahəsində aparılan uğurlu sosial islahatlar pensiyaların orta aylıq məbləğində də artımı şərtləndirir. Yeni sosial islahat paketi üzrə bu ilin əvvəlindən yeni artımdan sonra pensiyaların orta aylıq məbləği növbəti dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 456 manata çatıb. Bu da orta aylıq pensiyada 2022-ci ilə nisbətən 14 faiz, beş il əvvələ, 2018-ci ilin əvvəlinə (208 manat) nisbətən isə 2 dəfə artım baş verdiyini göstərir.

Azərbaycan bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdə qərarlaşıb. Minimum, həm də orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Pensiya islahatları pensiya üzrə ödənişlərə ayrılan vəsaitin də ildən-ilə ciddi şəkildə artmasına imkan verib və son bir ildə bu ödənişlərdə 1 milyard manatadək, son beş ildə isə 2,4 milyard manat artım özünü göstərib ki, bu da pensiyaçıların rifahına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir.



Geri qayıt