Əsas Səhifə > Maraqlı > İslam dünyasında qadın olmaq: Siğə ilə cihad nigahı arasında 9 "önəmli" fərq

İslam dünyasında qadın olmaq: Siğə ilə cihad nigahı arasında 9 "önəmli" fərq


6-10-2019, 23:18

 

Bir ara İŞİD-in İraq və Suriyada tətbiq etdiyi “cihad nigahı” barədə məlumatlar xəbər portallarını “bəzəyirdi”. Səudiyyə şeyxlərinin firvaları ilə mücahidlər “fəth etdikləri” ərazilərdə istənilən qız uşağını 3 dəfə “Allahu-Əkbər” deyib yatağına ala bilərdilər. Həm də bu “imtiyaz” onların müsəlman hesab etdikləri ailələrin qadın üzvlərinə şamil olunurdu. “Rafizi” və ya kafir saydıqları ailələrin qadınları zatən cariyə hesab olunduğundan onlar 3 dəfə “Allahu-Əkbər” sədası eşitmək hüququndan belə məhrum idilər. Cariyələr istənilən vaxt qul bazarında satıla, başqa mücahidə hədiyyə edilə bilərdilər.

Yaxın Şərq coğrafiyasında şiə erkəklərinin qadın üzərindəki haqları vəhabi və ya sünni həmcinslərindən o qədər də fərqlənmir. Nədən ki, şiə şəriətində siğə və ya mütə nigahı deyilən evlilik aktı var. Bu evlilik aktında isə qadınlar müəyyən bir zaman çərçivəsində nigaha alınırlar.

“İraqda aparılan son araşdırmalar göstərir ki, bu ölkənin şiə ruhaniləri pul qarşılığında azyaşlı və gənc qızların kişilərlə siğə adlanan müvəqqəti evliliyini təşkil edirlər”-GünAz.TV-nin yaydığı məlumatda belə deyilir.

Bu media orqanının iddiasına görə, İraq qanunlarında mütə və ya siğə adlanan müvəqqəti evlilik qadağan edilsə də, bu adət ölkənin şiə əhalisinin əksəriyyəti arasında geniş yayılıb. Hətta bir çox hallarda ruhanilər kişilərdən pul alaraq, onların azyaşlı və ya gənc qızlarla siğəsini təşkil edirlər. Araşdırmalar göstərir ki, iraqlı ruhanilər hətta 9 yaşlı qız uşaqlarının da yaşlı kişilərlə siğəsini bağlaya bilərlər.

“Əyləncə üçün evlilik” adı ilə də məşhur olan siğə qadının pul qarşılığında kişi ilə müəyyən müddətə və ya bir neçə saatlığa cinsi əlaqə qurmasını nəzərdə tutur.

Tədqiqat zamanı araşdırmaçılar özlərini siğə bağlamaq istəyən insanlar kimi təqdim etməklə, Kazimiyyun bölgəsinin 10 ruhanisinə zəng vurublar. Ruhanilərdən 8-i onların siğə istəklərini həyata keçirməyə hazır olduğunu deyib.

Tədqiqatda iştirak edən iraqlı qadınlardan biri deyib ki, ilk dəfə siğənin müəyyən müddət ərzində keçərli olduğunu, zamanın bitməsindən sonra isə cütlüyün ayrılmağa məcbur olduğunu bilmədən, bir kişi ilə bu formada evlənib. Lakin vaxt bitdikdən sonra kişi onu xəbərdar etmədən, yox olub. Bundan sonra isə bir neçə dəfə ayrı-ayrı şəxslərlə “əyləncə üçün evlilik” adlanan siğə vasitəsilə müvəqqəti formada evlənib.

Siğəni məqbul bilənlər deyirlər ki, bu, qadınla kişi arasında qeyri-şəri bərqərar olan cinsi münasibətlərdən yaranan “əxlaqi problemlərə” əngəl olur. Halbuki, siğəni tənqid edənlər müvəqqəti formada evlənməyin cinsi istismara yol açdığı, eləcə də əxlaqsızlıq və insan alverinə rəvac verdiyi qənaətindədirlər. Onların sözlərinə görə, xüsusilə də aztəminatlı və ya ataları məhkum olan bir çox ailələrin azyaşlı və yeniyetmə qızları kasıblıq səbəbindən siğə vasitəsilə kişilərin şəhvətlərinin qurbanına çevrilirlər.

Şiə alimləri isə bu fikirlərlə razılaşmırlar. Onların fikrincə, siğə ilə zina və ya cihad nigahı arasında çox mühüm fərqlər var. Bəs bu fərqlər nədən ibarətmiş? Gəlin tanış olaq:
  • Qadının razılığı olmadan siğə bağlamaq olmaz, batildir. Ancaq zina və cihad nikahında belə bir şərt yoxdur.
Halbuki, burada söhbər 9-10 yaşlı qız uşaqlarından gedir. Mühafizəkar şiə ailələrində yetişən bu qız uşaqlarının cinsi həyat barədə tam təsəvvürlərinin olması mümkün deyil. Təsəvvürü olmadığı münasibətlər barədə bu azyaşlı uşaqların göstərdikləri rizanın nə dərəcədə keçərliliyini müəyyənləşdirməyi oxucuların öz vicdanına buraxırıq.
  • Siğə nikahında qadın qarşıya qoyulmuş müddət ərzində kişi ilə birlikdə ola bilər. O müddətdən sonra həmin cütlük bir-birlərinə naməhrəm və haramdırlar Artıq aralarında əvvəlki kimi bir əlaqə yoxdur. Ancaq yenidən şiğə qıymaq şərtilə bu mümkün ola bilər. Zina və cihad nikahında belə bir məhrəmlik mövcud deyil. (Sanki bu çox böyük və gözəl hüquq imiş – “Ovqat”)

  • Evli, dinsiz bir qadınla, məhrəm (ana, bacı, qız) bir qadınla siğə qıymaq olmaz. Cihad nigahında bu şərtlər yoxdur.

  • Siğə müddəti bitdikdən sonra qadın dərhal başqa bir kişiylə nigaha girə bilməz. Bunun üçün iki aybaşı dövrünü (60 gün qədər) və ya 45 gün müddətində iddətini gözləməlidir. Ancaq zina və cihad nikahında belə bir müddət mövcud deyil. Bir gündə yüzlərlə insanla zina həyata keçirilir. (Çox “önəmli” fərq imiş – Ovqat)

  • Siğəsi kəsilən qadın sonradan bir başqası ilə normal evlilik aktı bağlaya bilər. Zina və cihad nigahı yaşayan qadına isə etibar edilməz.
  • Zina və cihad nigahından dünyaya gələn uşağın atası bilinmədiyindən vələdizina sayılar. Ancaq siğədən əmələ gələn uşağın ana və atası məlumdur.

  • Zina və cihad nigahında qadın kişilərin şəhvətlərini təmin etmə vasitəsidir, ancaq siğə qadına şəxsiyyət verir, şərəfini qoruyaraq, onun maddi və cinsi ehtiyaclarını halal yolla ödəyir (Şərhi sizə buraxırıq – Ovqat)

  • Zina və cihad nigahı cinsi yolla bulaşan xəstəliklərin yayılmasına səbəb olur. Ancaq siğə nigahında normal ailədə olduğu kimi lazımi tədbirlər alındığından heç bir xəstəlik yayılmır.

  • Siğədə daimi nigahda olduğu kimi, ər-arvad arasında evlilik aktı oxunur. Nigah aktı qıyılmadan onlar bir-birinə naməhrəmdirlər. Ancaq zina və cihad nigahında belə bir əqd yoxdur.
Şəffaflıq.az


Geri qayıt