Əsas Səhifə > FUTBOL > Samir Abasov: "Vacib üç xal qazandıq"

Samir Abasov: "Vacib üç xal qazandıq"


12-02-2023, 22:15


"Vacib üç xal qazandıq".

Şəffaflıq.az -ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

45 yaşlı mütəxəssis yeni transfer Kamran Əliyevin məcburiyyətdən meydana çıxdığını bildirib: "Dieqo Karioka hazır olsaydı, Kamran oynamayacaqdı. Start heyətdə matça başlamaq üçün fiziki cəhətdən hazır deyil".

Abasov ilk hissədəki mübahisəli penalti epizoduna qısa şərh verib: "Həmin anı görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm".


Geri qayıt