Əsas Səhifə > FUTBOL / HƏRBİ > Rəşad Sadıqov: "Yaxşı oynadığımızı deyə bilmərəm"

Rəşad Sadıqov: "Yaxşı oynadığımızı deyə bilmərəm"


12-02-2023, 19:39


"Bərabər səviyyəli oyun gedirdi. Bu, mənə kifayət etmir. Yaxşı oynadığımızı deyə bilmərəm".

Şəffaflıq.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə səfərdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis daha üstün və dominant çıxış etməyə çalışdıqlarını bildirib: "Rəqib buna imkan vermədi. Top itkilərimiz oldu. Komandadan daha yaxşı oyun gözləyirdim. "Səbail"i təbrik edirəm. Çox yaxşı və layiqli mübarizə apardılar, istəkli oldular. Biz qarşılaşmaya passiv başladıq".

Sadıqov qarşılarında fərqli "Səbail"in olduğunu diqqətə çatdırıb: "Əvvəlkilərlə indiki oyun arasında fərq çox idi. Qarşımızda fərqli komanda olacağını bilirdik. Şahin müəllim kollektivini görüşə yaxşı hazırlamışdı".


Geri qayıt