Əsas Səhifə > İqtisadiyyat > Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon
Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon6-10-2019, 23:14 |
Oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 7,99%-dir. Geri qayıt |