Əsas Səhifə > FUTBOL > Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.


12-02-2023, 13:50


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Şəffaflıq.az-ın məlumatına görə, matçlardan biri Bakıda, digəri isə Sumqayıtda baş tutacaq.

Günün ilk görüşündə “Səbail” “Zirə”ni qəbul edəcək. Şahin Diniyevin baş məşqçi olduğu komanda qələbə qazanmaqla həm sonuncu pillədən qurtulmağa, həm də “Zirə” önündəki qələbə həsrətinə son qoymağa çalışacaq. Çempionatdakı son 7 qarşılaşmada rəqibinə qalib gələn “qartallar” isə bunu, eyni zamanda “Səbail”lə matçlardakı 12 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək əzmindədir.

Meydan sahibləri hazırda 32 xalla dördüncü yerdədir. Autsayder “dənizçilər”in isə aktivində 13 xal var.

Tura turnir cədvəlinin “qonşu” pillələrində qərarlaşan “Sumqayıt”la “Şamaxı” arasında birincilərin meydanında keçiriləcək matçla yekun vurulacaq. “Gənclik şəhəri" təmsilçisi rəqibini turnir cədvəlində qabaqlamaq üçün doğma azarkeşləri önündə qalib gəlməlidir. Yeddinci pillədə olan “Şamaxı” 16 xala malikdirsə, “Sumqayıt” ondan cəmi 1 xal az toplayıb.

12 fevral (bazar)

15:00. “Səbail” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

17:30. “Sumqayıt” - “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” ilə “Neftçi” qolsuz bərabərə qalıblar, “Turan Tovuz” “Kəpəz”ə (2:0) qalib gəlibsə, “Qarabağ” - “Sabah” görüşündə heç-heçə qeydə alınıb - 1:1.


Geri qayıt