Əsas Səhifə > Gündəm > FHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub

FHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub


12-02-2023, 13:37


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.


Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.

Şəffaflıq.az


Geri qayıt