Əsas Səhifə > Cəmiyyət > Sevgililər Günündə qadınların ürəyincə olacaq
Sevgililər Günündə qadınların ürəyincə olacaq10-02-2023, 18:13 |
Sevgi o qədər özəl və qiymətli hissdir ki, paylaşdıqca çoxalır, çoxaldıqca xoşbəxt anlarımızın sayı artır. Əziz bəylər, Sevgililər Günündə xoşbəxt anlarınızın siyahısına yenisini əlavə etmək istəyirsinizsə, sizin üçün maraqlı hədiyyə ideyalarımız var. Sözü çox uzatmadan, gəlin, sevdiyiniz qadının ürəyincə olacaq ən yaxşı TOP 5-i nəzərdən keçirək: 1. Hər telinə sevgi ilə sığal çəkin: Qısa-uzun, qalın-nazik demədən hər saç növünə birəbir uyğun gələn Dyson feni bir çox xanımın xəyallarındakı hədiyyə olduğunu əminliklə deyə bilərik. Salonda saatlarla vaxt keçirməyə artıq ehtiyac yoxdur. 5 başlıqlı Dyson ilə düz, dalğalı və həcmli buruqlar dəqiqələr ərzində əlçatandır. Model minimum istiliklə çalışıb saçları zərərli ionlardan qoruyur. Beləliklə, onun ipək kimi saçlarından 1 tük belə əskik olmayacaq. 2. Sevgi əqrəbləri 14:02-ni göstərir: Ultra zərif dizayn, yumşaq çəhrayı rəng, 3D displey, blutuz zəng funksiyası-bütün bunlar Lora smart saatı ilə onun incə biləyində birləşəcək. 72 saatadək işləmə müddəti olan model kalorihesablama, addımölçən, yuxu analizi, ürək ritmi göstəricisi və digər funksiyaları ilə ağıllı saatdan olan gözləntiləri artıqlaması ilə qarşılayır. Elə isə ona ən romantik dəqiqələri Lora ilə hədiyyə edin. 3. Hər zəngdə qulaqdan qəlbə çatın: Sevgililər günü, hətta ilin istənilən günündə top hədiyyə? Söhbət təqdimata ehtiyacı olmayan iPhone 13-dən gedir. 3 kamerası ilə foto və videoçəkilişində keyfiyyət fərqi ortaya qoyan model hazırda endirimli qiyməti ilə büdcənizi sevindirəcək, o qıza isə sizi bir daha sevdirəcək. 4. Onun saçlarına sevgi düzün: 5 fərqli başlığı ilə 5-dən çox saç düzümü Philips feni ilə artıq sevdiyiniz xanımın əllərində olacaq. Saçı elektriklənmədən qoruyan bu fen ən təbii saç stilləri yaratmağa kömək edir. Qiyməti olduqca münasib olan Philips fen dəsti ilə sevgilinizin saçları hər gün ipək kimi yumşaq, günəş kimi parlaq olacaq. 5. Onun sözünə sevgi ilə qulaq asın: Blutuzu olan istənilən cihazla istifadəsi mümkün “Nubox” qulaqlığı sevdiyinizin qulağında olduqca zərif görünə bilər. “Nubox”un 300 mAh batareya həcmi onunla saatlarla danışmaq imkanı yaradır, 2 saat yarımadək dinləmə müddəti isə sevginizdən bəhs edən heç bir musiqinin yarıda qalmasına icazə vermir. Funksional qulaqlıq ilə sevgilinizi, münasib qiymətlə isə özünüzü təəccübləndirmək istəyirsinizsə, elə indi linkə daxil olun. Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsində sevgilinizin ürəyindən xəbər verən minlərlə hədiyyə seçimi mövcuddur. Yalnız fevralın 17-dək bütün “Kontakt” mağazalarında nağd alışda 50%-dək endirimlərdən, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərdən yararlana bilərsiniz. Odur ki, ona ən yaxşısını hədiyyə etmək üçün şəbəkənin sizə yaxın olan mağazasına üz tutun. Şəffaflıq.az Geri qayıt |