Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycanın Xorvatiyadakı səfirliyi Türkiyəyə yardım edib
Azərbaycanın Xorvatiyadakı səfirliyi Türkiyəyə yardım edib10-02-2023, 11:20 |
Azərbaycanın Xorvatiyadakı səfirliyi Türkiyəyə yardım edib. Bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim “Twitter” hesabında yazıb. “Bu hissi sözlə ifadə etmək mümkün deyil. Can Azərbaycanın Zaqrebdəki səfiri, qardaşım Anar İmanov və onun dəyərli həyat yoldaşı, səfirliyin əməkdaşları ilə birlikdə bu yardım qutularını hazırlayıb bizə çatdırdılar”, - deyə nazir müavini sosial şəbəkə hesabında yazıb. Şəffaflıq.az Geri qayıt |