Əsas Səhifə > Cəmiyyət > İnşaat mühəndisindən zəlzələ ilə bağlı açıqlama: “Binalar alt mərtəbədən parçalanır, bu da onu göstərir ki...”
İnşaat mühəndisindən zəlzələ ilə bağlı açıqlama: “Binalar alt mərtəbədən parçalanır, bu da onu göstərir ki...”9-02-2023, 14:12 |
“Zəlzələ öldürmür, binalar öldürür”. Bu sözləri İzmir İqtisadiyyat Universiteti Memarlıq bölümünün müəllimi, inşaat mühəndisi Şeref Alpaqo deyib. Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə meydana gələn zəlzələlərdən sonra binalarda qüsurların olub-olmaması məsələsi gündəmə gəlib. İnşaat mühəndisi Şeref Alpago binaların çökmə vəziyyətlərinə görə qiymətləndirmələr aparıb. “Bir daha çox acınacaqlı mənzərələrə şahid olduq. Zəlzələ öldürmür, binalar öldürür. Dağılan binalarla bağlı araşdırmalar aparırıq. Oradan görüntülərə və videolara baxdıqda gördüyümüz odur ki, binalar birinci mərtəbədən parçalanır, üst hissəsi isə dağılmadan alt mərtəbənin üzərinə çökür. Əsasən bu görüntüləri müşahidə edirik. Bu da alt mərtəbələrdə dəyişikliklər edildiyini göstərir. Yaşayış yeri olan birinci mərtəbənin ticarət obyektinə çevrildiyini ortaya qoyur. Orada zəruri olan dəstəkləyici divarların sökülüb çıxarıldığı məlum olur. Həmçinin aşağı mərtəbələrdə sütunların kəsildiyini də ehtimal edirəm. Zəlzələ ilk başladığı zaman onun qarşısını alacaq heç bir tikinti elementi qalmır ortada. İkisi də kəsilib çıxarıldığı üçün divarlar artıq müqavimət göstərə biləcək vəziyyətdə olmur, ona görə də bina birinci mərtəbədən dağılır. Bu zaman isə üst hissə olduğu kimi aşağı mərtəbənin üzərinə çökür. Bu, binaların birinci tip çökmə şəklidir”, - deyə Alpago qeyd edib. Mühəndis ikinci tip olaraq binaların aşmasına diqqət çəkib. “Bizdə “Binanın yükü bünövrəyə, bünövrə də yerə (torpağa)” üçlüyü var. 30 illik təcrübəm əsasında deyə bilərəm ki, burada tətbiqetmə xətası mövcuddur”, - deyə o bildirib. Binaların, həmçinin bir-birinin ardınca peçenye (domino) şəklində çökdüklərini də qeyd edən Alpaqo deyib ki, əslində bu, ən çox rast gəlinən haldır. “Bunun səbəbi də sütunların birləşdiyi nöqtələrdə silkələnməyə tab gətirməyərək aralanmasıdır. Bu halda döşəmə və ya plitə dediyimiz alt qatları üst-üstə çökür ki, bu da ən ağır çökmə şəklidir”, - deyə mühəndis qeyd edib. Şəffaflıq.az Geri qayıt |