Əsas Səhifə > Cəmiyyət > Bu gün bir qrup azərbaycanlı Kahramanmaraşdan Azərbaycana təxliyə olunacaq

Bu gün bir qrup azərbaycanlı Kahramanmaraşdan Azərbaycana təxliyə olunacaq


8-02-2023, 14:27


Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün saat 16:00-da təxliyə avtobusu Kahramanmaraş vilayətindən Azərbaycana yola düşəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.


Geri qayıt