Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcək
Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcək8-02-2023, 00:38 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ bölgəsinə gedəcək. Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib. “Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm”, - Ərdoğan deyib. Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub. Məndə: Habertürk Şəffaflıq.az Geri qayıt |