Əsas Səhifə > İdman > Türkiyədə Azərbaycan idmançılarının qatılmalı olduğu daha bir yarış ləğv olunub

Türkiyədə Azərbaycan idmançılarının qatılmalı olduğu daha bir yarış ləğv olunub


7-02-2023, 19:50


Türkiyədənin İstanbulda şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə Qış Balkan Çempionatı ləğv edilib.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, buna ölkənin 10 vilyatində baş vermiş dəhşətli zəlzələ səbəb olub. Yarış fevralın 11-də olmalı idi.

Qış Balkan Çempionatında Azərbaycan atletlərinin də iştirakı nəzərdə tutulmuşdu.

Daha əvvəl taekvondo üzrə açıq Türkiyə çempionatı ləğv olunub. Bu səbəbdən Azərbaycan millisi yaxın zamanda Bakıya qayıdacaq.

Qeyd edək ki, son məlumatlara görə, 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 adam həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Şəffaflıq.az


Geri qayıt