Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > ADA ŞAMAXIDA ŞAGİRD VƏ VALİDEYİNLƏRLƏ GÖRÜŞ KEÇİRİB...FOTO
ADA ŞAMAXIDA ŞAGİRD VƏ VALİDEYİNLƏRLƏ GÖRÜŞ KEÇİRİB...FOTO4-12-2018, 02:28 |
Tədbirdə 10-11-ci sinif şagirdlərilə yanaşı valideyinlərdə iştirak edirdi. Tədbiri giriş sözü ilə Şamaxı rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq qonaqları tanış etdi. Çıxış üçün ilk söz verilən Azərbaycan Diplomatik Akademiyasının müəllimi Elşad Göyüşov Ali təhsil ocaqı haqqında ətraflı danışaraq qeyd etdi ki, akademiyada yerli və xarici tələbələrin sayı artmaqda davam edir. Artıq 2 ildir ki, hüquq fakultəsidə ixtisasların sıralarına daxil edilmişdir. Çıxış üçün söz verilən ADA-nın müəllimi Professor Ülviyyə Xanım Mikayılovada öz növbəsində çalışdığı ali məktəbin uğurlarından söbət açdı. görüşün ən maraqlı məqamlarında biridə o oldu ki, şagirdlərə gözlənilmədən suallar verildi. Verilən sualları düzgün cavablandıran şagirdlərə akademiya tərəfindən hədiyyələr veriləcəyini bildiridi. Beləliklə sualları düzgün cavablandıranlar Samaxı şəhər 2 saylı, şəhər 3 saylı, Avropa liseyi və 1 saylı tam orta məktəbin şagirdləri oldular. Sonda hədiyyələri qəbul edərək xatirə şəkilləri çəkdirdilər. Geri qayıt |