Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail Türkiyəyə xilasetmə qrupları göndərəcək
İsrail Türkiyəyə xilasetmə qrupları göndərəcək6-02-2023, 14:39 |
İsrail xarici işlər naziri Eli Koenlə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail XİN-dən bildirilib. E.Koen zəlzələdə həyatını itirmiş şəxslərlə bağlı başsağlığı verib. İsrailli nazir bildirib ki, ölkəsi Türiyəyə yardım göstərmək üçün addımlar atacaq və hadisə yerlərinə xilasetmə missiyaları göndərəcək. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb. Geri qayıt |