Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyəli deputat və ailəsi dağıntılar altında qalıb
Türkiyəli deputat və ailəsi dağıntılar altında qalıb6-02-2023, 14:13 |
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan (AK Parti) deputat Yakup Taş və ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların xilas edilməsi üçün işlər davam edir. Y.Taş AK Partinin Türkiyə Böyük Millət Məclisindəki deputat qrupunun sədr müavinidir. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb. Şəffaflıq.az Geri qayıt |