Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə qar səbəbindən dərslərə fasilə verildiyi şəhərlərin sayı 26-ya çatıb

Türkiyədə qar səbəbindən dərslərə fasilə verildiyi şəhərlərin sayı 26-ya çatıb


5-02-2023, 23:07


Türkiyədə əlverişsiz hava səbəbindən dərslərə fasilə verildiyi şəhərlərin sayı 26-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, İstanbul, Ankara, Bitlis, Şanlıurfa, Diyarbakır, Muş, Bingöl, Qaziantep, Sivas, Malatya, Tunceli, Kahramanmaraş, Hakkari, Elazığ, Bayburt, Erzurum, Karaman, İsparta, Giresun, Niğde, Nevşehir, Kütahya, Kayseri, həmçinin Batman, Adana və Muğlanın bəzi rayonlarında dərslərə 1 günlük ara verilib.

Bildirilib ki, qərar ibtidai və orta məktəblərə şamil edilir.

Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində əlverişsiz havaya görə dərslərə fasilə verilib.

Şəffaflıq.az xəbər verir ki, bunu şəhərlərin valiləri elan ediblər.

Bildirilib ki, fevralın 6-da adı çəkilən şəhərlərin ibtidai və orta məktəblərində dərslər keçirilməyəcək.


Geri qayıt