Əsas Səhifə > Cəmiyyət > Kürdə batan şəxsin meyiti tapılıb
Kürdə batan şəxsin meyiti tapılıb4-02-2023, 16:18 |
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Şəffaflıq.az məlumatına görə, ötən ilin dekabr ayında Kür çayında batan rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədovun meyiti çayın Şəmkir rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 24-də Kür çayının Tovuz rayonunun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin ehtimala görə, E.Məmmədov çayda balıq tutan zaman batıb. Geri qayıt |