Əsas Səhifə > Cəmiyyət > Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub

Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub


4-02-2023, 15:07


Bakıda yarımstansiyadan 73 800 manatlıq oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt