Əsas Səhifə > İdman > Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı

Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı


4-02-2023, 14:57


Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2022-ci il çempionatını qazandıqdan sonra yataqda Dünya kuboku ilə şəklinin tarixçəsini danışıb.

Onun sözlərinə görə bu yarımmüdafiəçi Rodriqo de Polonun təşəbbüsü olub.

“Biz (Argentinaya) səhər tezdən çatdıq, çox az yatdıq. Saat qurşaqlarını dəyişdikdən sonra maksimum bir-iki saat. Səhər altı idi və mən artıq televizoru açmışdım. Otağımla üzbəüz Rodriqo və Otamendi qalırdılar. Çox güman ki, mənim hamama getdiyimi və televizoru açdığımı eşitdilər. Bilmirəm niyə, amma o gecə kubok məndə qalmışdı, otağımda idi. Rodriqo içəri girəndə mən onunla oturmuşdum. O, mənə baxdı və dedi: “Uzan, mən sənin şəklini çəkəcəyəm”, - deyə Messi danışıb.

Yeri gəlmişkən, bir müddət əvvəl Messinin nümayiş etdirib poza verdiyi kubokun saxta olduğu ortaya çıxmışdı.

Xatırladaq ki, dekabrın 18-də Qətərdə keçirilən 2022-ci il Dünya çempionatının finalında Argentina millisi Fransa yığmasını üstələyib və kubokun yeni sahibi olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxt da komandaların qol mübadiləsi ilə yekunlaşıb. Penaltilər seriyasında isə argentinalılar daha dəqiq olublar (4:2).

Şəffaflıq.az


Geri qayıt