Əsas Səhifə > Cəmiyyət > Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb4-02-2023, 11:43 |
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,11% azalaraq 84,05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb. Geri qayıt |