Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda assosiasiyanın baş katibi qəfil vəfat etdi
Azərbaycanda assosiasiyanın baş katibi qəfil vəfat etdi4-02-2023, 11:22 |
Azərbaycan Autizm Assosiasiyasının baş katibi vəfat edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Belə ki, Assosiasiyanın baş katibi Cavid Cabir oğlu Allahverdiyev ötən gecə vəfat edib. Onun tromblaşmadan dünyasını dəyişdiyi qeyd edilir. Qeyd edək ki, C.Allahverdiyev 17 fevral 1981-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1987-1998-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 38-nömrəli orta məktəbdə oxuyub. - 2008-ci ildə Gənclər və İdman Nazirliyinin göndərişi əsasında, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında ”Gənclər Siyasəti” proqramı üzrə xüsusi ixtisasartırma kursunda təhsil alıb. Bir çox fəaliyyət sahələrində çalışan C.Allahverdiyev 2020-2022-ci illərdə Hindistanda təsis olunmuş (döyüş sənəti) Bukido Dünya Federasiyasının Baş katibi olub. 2022-ci ilin fevral ayında Azərbaycan Autizm Assosiasiyasının baş katibi, eyni ilin oktyabr ayında Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin olunub. Ailəli idi. İki qız, bir oğlan övladı var. Könül Cəfərli Geri qayıt |