Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə bələdiyyə başçısı həbs edilib

Türkiyədə bələdiyyə başçısı həbs edilib


3-02-2023, 23:39


Türkiyədə rüşvət əməliyyatında saxlanılan Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə başçısı Ünal Çətin (İYİ Partiya) həbs edilib.

Şəffaflıq.az xəbər verir ki, Çanaqqala Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Gökçeada bələdiyyə başçısı Ünal Çətin, Bələdiyyə Yenidənqurma müdiri S.D., dövlət işçisi E.B. ilə podratçılar R.G. və B.B-nin əmniyyət müdirliyindəki prosesləri başa çatıb.

Çanaqqala ədliyyəsinə gətirilən şübhəlilər araşdırmadan sonra həbs olunublar.

Xatırladaq ki, yanvarın 31-də regionun təhlükəsizlik strukturları Gökçeada Bələdiyyəsinə qarşı “korrupsiya” və “rüşvətxorluq” əməliyyatı keçirib.

Qeyd edək ki, Gökçeada Türkiyənin ən böyük adasıdır. Eyniadlı rayon adanın bütöv ərazisini əhatə edir.


Geri qayıt